Dövlət büdcəsinin qeyri-neft gəlirləri artıb

12:19 - 11.08.2021


11 avgust, Fineko/abc.az. 2121-ci ilin I yarısında Azərbaycan dövlət büdcəsinin gəlirləri 12,177 mlrd. manat proqnoza qarşı 11,755 mlrd. manat və ya 96,5% icra olunub.

Maliyyə Nazirliyinin verdiyi məlumata görə, ilin I yarısında dövlət büdcəsinin 50%-ni və ya 5,896 mlrd. manatını qeyri-neft sektoru üzrə gəlirlər, 49,9%-ni və ya 5,863 mlrd. manatını isə neft sektoru üzrə gəlirlər təşkil edib.

Gəlirlərin strukturuna gəldikdə, 4 696,7 mln. manatı (illik 17,2% azalma) Dövlət Neft Fondunun (ARDNF) transfertləri, 4 342 mln. manatı (illik 8,4% artım) Dövlət Vergi Xidməti, 2 038,2 mln. manatı (illik 0,9% artım) Dövlət Gömrük Komitəsi, 276,4 mln. manatı (illik 3,8% artım) ödənişli xidmətlərdən daxilolmalar, 240 mln. manat Fondundan transfertlər, 154,4 mln. manatı (illik 3 dəfə artım) sair daxilolmalar, 7,3 mln. manatı (illik 58,7% artım) isə Əmlak Məsələləri Dövlət Xidməti təşkil edib.

Büdcənin neft gəlirləri (5,863 mlrd. manat) Dövlət Vergi Xidmətinin (1 166,8 mln. manat) və ARDNF-nin (4 696,7 mln. manat) daxilolmalarından yaranıb. Sözügedən daxilolmalar illik müqayisədə 5,5% artıb və 17,2% azalıb.

Büdcənin qeyri-neft gəlirləri (5,896 mlrd. manat) isə Dövlət Vergi Xidmətinin (3 175,3 mln manat, illik 27% artım), Dövlət Gömrük Komitəsinin (2 038,3 mln. manat, illik 17,3% artım), büdcə təşkilatlarının (276,4 mln. manat, illik 2,4% artım), Əmlak Məsələləri Dövlət Xidməti (7,2 mln. manat, illik 0,1% artım) və digər daxilolmalar (394,4 mln. manat, illik 3,4% artım) hesabına formalaşıb.

 

Bütün xəbərlər