Cari ildə Azərbaycanda 3% çox avtomobil yanacağı satılıb

14:35 - 11.08.2021


11 avqust, Fineko/abc.az. Cari ilin yanvar-iyul aylarında Azərbaycanda 1 393,5 mln. manat məbləğində avtomobil benzini və dizel yanacağı satılıb.

Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 3,1% çoxdur və 7 aylıq pərakəndə ticarət dövriyyəsinin 6,1%-i deməkdir.

Bu barədə ABC.AZ Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verir.

Məlumatda deyilir ki, hesabat dövründə pərakəndə ticarət şəbəkəsində istehlakçılara 22 931,1 milyon manatlıq, o cümlədən 12 379,4 mln manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 10 551,7 milyon manatlıq qeyri-ərzaq malları satılıb. 2020-ci ilin yanvar-iyul ayları ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,6%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,4%, qeyri-ərzaq malları üzrə 2,8% artıb.

 

Bütün xəbərlər