Daha iki internet provayderi “SmartPay”ə qoşuldu

15:20 - 11.08.2021


11 avqust, Fineko/abc.az. “SmartPay” ödəmə sisteminə daha iki xidmət “Star Telecom” və “BeeOnline” internet provayderi də əlavə olundu.

Bu barədə ABC.AZ-a Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən məlumat verilib.

Artıq bu internet provayderlərinin abonentləri “smartpay.az” saytından “internet provayderlər” bölməsini, daha sonra “Star Telecom” və ya “BeeOnline”u seçib, abunə kodlarını qeyd etməklə heç bir komissiya haqqı olmadan aylıq ödənişlərini rahat şəkildə həyata keçirə biləcəklər.

 

Bütün xəbərlər