Təyyar Eyvazov: Əks göstərişə aid olan şəxslərə peyvənd vurulması məsləhət deyil

15:56 - 11.08.2021


11 avqust, Fineko/abc.az. “Vaksin vurdurulması üçün əks göstəriş tələbləri hər 4 vaksin üçün eynidir. Gələcəkdə ola bilər ki, əks göstərişə aid olan şəxslərə vaksin vurulsun. Lakin bu gün həmin şəxslərə peyvənd vurulması məsləhət deyil.”

ABC.AZ xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş infeksionisti Təyyar Eyvazov deyib.

O qeyd edib ki, onkoloji, xroniki xəstəliyi olan, hamilələr və digər kateqoriyaya aid olan şəxslər bu siyahıya aiddir. Komissiya işinə yeni başladığından əks göstəriş sertifikatının verilmə müddəti hələ məlum deyil. Xəstənin vəziyyəti yaxşılaşdıqca peyvənd vurdurulması üçün dəvət edilə bilər. Odur ki, sertifikatların qısa müddətli verilməsi nəzərdə tutulur”.

 

Bütün xəbərlər