Ukrayna-Azərbaycan Biznes Assosiasiyası yaradılıb

17:19 - 11.08.2021


11 avgust, Fineko/abc.az. Azərbaycanlılar və ukraynalılar ilk dəfə birgə Assosiasiya yaradıblar.

ABC.AZ xəbər verir ki, dövlət qurumları və sahibkarlar arasında əlaqənin yaradılması üçün vahid platforma rolunu oynayacaq yeni Ukrayna-Azərbaycan Biznes Assosiasiyası “Терези” adlanır.

Assosiasiyanın fəaliyyəti Ukrayna və Azərbaycan arasında ixrac-idxal əlaqələrinin qurulması, hər iki ölkənin bazarlarına çıxışın əldə edilməsində dəstək, o cümlədən investisiya fəaliyyətinin dəstəklənməsinə yönəldilib. Ukrayna-Azərbaycan Biznes Assosiasiyası dövlət qurumları ilə münasibətlərdə Assosiasiya üzvlərinin maraqlarının təmsil edilməsi və qorunması, Assosiasiya üzvlərinə məlumat xarakterli, hüquqi, təşkilati və digər dəstəyin göstərilməsi, üzvlərin iqtisadi fəaliyyət sahələrinə aid normativ hüquqi aktların işlənib hazırlanması prosesində iştirakı və birgə layihələrin həyata keçirilməsi üçün hərəkətlərin əlaqələndirilməsi üzrə öhdəlikləri də öz üzərinə götürür.

Seçkilər nəticəsində Cəlal Hüseynov Assosiasiyanın prezidenti seçilib.

 

Bütün xəbərlər