MN: Ermənistan silahlı qüvvələri Azərbaycan Ordusunun mövqelərini atəşə tutub

09:59 - 12.08.2021


12 avgust, Fineko/abc.az. Ermənistan silahlı qüvvələrinin bölmələri avqustun 11-i saat 22:20-dən etibarən 12-si saat 00:05-dək Çəmbərək rayonunun Çəmbərək, Ttucur, eləcə də Basarkeçər rayonunun Aşağı Şorca yaşayış məntəqələrində yerləşən mövqelərindən Gədəbəy rayonunun Zamanlı, Qaravəllər, o cümlədən Kəlbəcər rayonunun Zəylik yaşayış məntəqələri istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini fasilələrlə atıcı silahlardan atəşə tutub.

ABC.AZ Azərbaycan Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki, Azərbaycan Ordusunun şəxsi heyəti arasında həlak olan və yaralanan yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Bütün xəbərlər