SOCAR-a iki yeni vitse-prezident təyin edilib

10:16 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Kənan Təhməz oğlu Nəcəfov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

ABC.AZ xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı avqustun 11-də Sərəncam imzalayıb.

Dövlət başçısının imzaladığı digər sərəncamla Zaur Aydın oğlu Qurbanov Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin vitse-prezidenti təyin edilib.

 

Bütün xəbərlər