330x110
 

“Standard Insurance” şirkətinin baş ofisinin satışına dair hərrac keçiriləcək

12.08.2021,11:45


12 avqust, Fineko/abc.az. Avqustun 24-də, saat 11:00-da ləğv prosesində olan “Standard Insurance” Sığorta Şirkəti ASC-nin baş ofisinin satışına dair 4-cü hərrac keçiriləcək.

ABC.AZ Ləğvetmə Komissiyasının məlumatına istinadən xəbər verir ki, "Əmlak Hərrac Mərkəzi" MMC-nin təşkil edəcəyi hərrac Bakı şəhəri, Yasamal rayonu, Məmməd Rahim küçəsi, 4A ünvanında olacaq və paytaxtın Nəsimi rayonunun Şəmsi Bədəlbəyli küçəsində 4 mənzilin birləşdirilməsi ilə yaradılmış 359 kvm-lik ofis alıcılara təklif olunacaq.

Əmlak üçün 1,75 milyon manat satış qiyməti müəyyən olunub. Bu məbləğin 1%-i, yəni 17 500 manat beh kimi ödənilməlidir.