Pandemiyadan “faydalanan” varlıları 99% vergiyə cəlb etmək təklif olunub

12:31 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Pandemiya dövründə milyarderlərin əldə etdiyi gəlirin 99% vergiyə cəlb edilməsi, bütün dünyanın vaksinasiyasını təmin etməyə və işsizlərə 20 min dollar dotasiya ödəməyə imkan verəcək.

“Kommersant”a istinadən xəbər verilir ki, bu barədə qeyri-bərabərliklə mübarizə aparan “Oxfam” alyansının tədqiqatında deyilir.

“Pandemiya dövründə milyarderlərin gəlirinə 99% vergi tətbiq etməklə, bütün dünyanın vaksinasiyasını təmin etməyə, o cümlədən işsizlərə 20 min dollar ödəmək mümkün olacaq”, – deyə tədqiqatda bildirilir.

Hesablamalara görə, 99% vergi təxminən 5.4 trilyon dollar təşkil edir. Buna baxmayaraq, dünyadakı 2.7 min milyarderin sərvəti hələ də 55 milyard dollardan yüksək qalır.

Müəlliflər pandemiya dövründə milyarderlərin sərvətinin 69%, yəni 13.5 trilyon dollar artdığını qeyd edirlər. Beləliklə, son 17 ayda dünyanın ən varlı insanlarının sərvəti son 15 ildə rekord həddə yüksəlib.

 

Bütün xəbərlər