Dövlət Vergi Xidməti: Regionlardan dövlət büdcəsinə 388,4 mln. manat daxil olub

16:09 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Cari ilin I yarısında Azərbaycanın ərazi vergi orqanları tərəfindən (regionlardan) dövlət büdcəsinə 388,4 mln. manat proqnoza qarşı 462,6 mln. manat vəsaitin daxil olması təmin olunub.

ABC.AZ Dövlət Vergi Xidmətinə istinadən verdiyi məlumata görə, proqnozun icrası 74,2 mln. manat artıqlaması ilə və ya 119,1% təmin edilib. Həmçinin yerli mənbələr üzrə dövlət büdcəsinə ötən ilin müvafiq dövrü ilə müqayisədə 22,1 mln. manat və ya 6,7% çox vəsait daxil olub.

Qeyd edilir ki, “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” sayəsində 2018-ci illə müqayisədə 2020-ci ildə regionlardan vergi daxilolmaları 23,1% artıb. Eyni zamanda, mərkəzləşdirilmiş büdcədən dotasiya almadan öz gəlirlərini yerli mənbələr hesabına təmin edən rayonların sayı 41-ə çatıb. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının qəbulundan əvvəlki 2003-cü illə müqayisədə 2020-ci ildə regionlar üzrə vergi daxilolmaları 23,2 dəfəyə yaxın artıb.

 

Bütün xəbərlər