Azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri yaradılacaq - Fərman

16:27 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən, reyestrin tərtibini və aparılmasını Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi həyata keçirəcək.

Fərmanda qeyd olunur ki, sökülməsi mümkün olan tikililərin sökülməsinə bu barədə məlumat təqdim edildikdən, digər tikililərə münasibətdə isə sökülmənin məqsəduyğunluğuna dair aidiyyəti üzrə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin, Fövqəladə Hallar Nazirliyinin, Mədəniyyət Nazirliyinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin bu Fərmanda nəzərdə tutulan “İşğaldan azad olunmuş ərazilərdə tikililərin müvəqqəti reyestri haqqında Əsasnamə” ilə müəyyən edilən qaydada rəy verilməsindən sonra həyata keçirilir.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə tapşırılıb ki, Fərmandan irəli gələn tələblərə riayət edilməsinə nəzarəti həyata keçirsin, Fərmandan irəli gələn digər məsələləri həll etsin.

 

Bütün xəbərlər