Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır

16:30 - 12.08.2021


12 avqust, Fineko/abc.az. Prezident İlham Əliyev işğaldan azad olunmuş ərazilərdə şəhərsalma məsələləri haqqında fərman imzalayıb.

ABC.AZ xəbər verir ki, Fərmana əsasən Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsi yaradılır.

Ağdam, Cəbrayıl, Füzuli, Kəlbəcər, Qubadlı, Laçın, Şuşa, Xocalı, Xocavənd və Zəngilan rayonlarının inzibati ərazilərində “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nda nəzərdə tutulmuş yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi müvəqqəti olaraq Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Qarabağ Regional Memarlıq və Şəhərsalma Baş İdarəsinə həvalə edilir.

 

Bütün xəbərlər