Azərbaycanda banklar vergi ödəyicilərinin hüquqi statusunu müəyyən etmək imkanı əldə etdilər

11:52 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Azərbaycan Banklar Assosiasiyası (ABA) Vergilər Nazirliyinə müraciət edib.

ABA-nın məlumatında deyilir ki, banklar tərəfindən vergi ödəyicisi olan hüquqi şəxslərin dövlət müəssisəsi olub olmadığı müəyyən edilə bilər.

“Assosiasiya bankların müəssisələrin statusunu müəyyənləşdirmək üçün müvafiq sistemlə təmin olmaq üçün Vergilər Nazirliyinə müraciət edib və müsbət cavab alıb. Banklar bu sistemlə təmin olundu”, - məlumatda belə deyilir.

Dövlət  müəssisəsi nizamnamə fondunda dövlətin payı 30% və daha çox olan müəssisə və təşkilatlar hesab edilir.

 

Bütün xəbərlər