OPEC ölkələri iyulda "OPEC+" öhdəliklərini 115% yerinə yetirib

12.08.2021,17:04


12 avqust, Fineko/abc.az.  OPEC (Neft İxrac Edən Ölkələr Təşkilatı) ölkələri bu ilin iyun ayında gündəlik neft istehsalını 637 min barel artıraraq (iyun ayı ilə müqayisədə) 26 657 min barelə çatdırıb.

ABC.AZ apa-ya istinadən xəbər verir ki, bu barədə OPEC-in aylıq hesabatında deyilir.

Məlumata görə, hasilatın artırılmasına baxmayaraq, OPEC ölkələri "OPEC+" razılaşması (OPEC və təşkilata daxil olmayan ölkələri əhatə edən neft istehsalının azaltması üzrə təşəbbüs) çərçivəsində öhdəliklərini 115% (iyunda 120%) yerinə yetirib.

Hesabata qeyd edilir ki, "OPEC+" razılaşmasında 13 OPEC ölkəsindən 10-u iştirak edir, İran, Liviya və Venesuela hasilatın azaldılmasından azad edilib. Beləliklə, iyul ayında razılaşmada iştirak edən 10 ölkənin gündəlik neft hasilatı 22,5 mln. barel təşkil edib (plan göstərici isə 23,03 mln. barel təşkil edir). OPEC "onluğu" iyunda bazardan gündəlik 3,65 mln. barel əvəzinə 4,19 mln. barel artıq neft çıxara bilib.