Neft ucuzlaşır, Brent bir barelə $70,83 təşkil etdi

13.08.2021,10:26


13 avqust, Fineko/abc.az. Beynəlxalq Enerji Agentliyinin (BEA) 2021-ci ildə xammala dünya tələbatı ilə bağlı proqnozunun pisləşməsi fonunda cümə günü etalon markaların qiymətləri azalmaqda davam edir.

Saat 9:16-da London ICE Futures birjasında Brent neftinin oktyabr fyuçersi $0,48 (0,67%) ucuzlaşaraq bir barelə $70,83 təşkil edib. Avqustun 12-də baş tutmuş ticarətin nəticələrinə görə, Brent neftinin oktyabr fyuçersi $0,13 (0,18%) enərək bir barelə $71,31 təşkil edib.

Saat 9:16-da Nyu-York əmtəə birjasında (NYMEX) ticarət üzrə WTI-nin sentyabr fyuçersinin qiyməti $0,52 (0,75%) azalaraq bir barelə $68,57 təşkil edib. Avqustun 12-də baş tutmuş hərracların nəticələrinə görə, sentyabr ayına fyuçers $0,16 (0,23%) azalaraq bir barelə $69,09 təşkil edib.

BEA 0,1 milyon b/s-ə 2021-ci ildə neftə tələbatın artması proqnozunu aşağı salsa da, onu 2022-ci ilə 0,2 mln.b/s-ə qədər artırıb. Hal-hazırda dünya tələbatının orta hesabla 5,3 mln. b/s - 96,2 mln. b/s - ə 2021-ci ildə və daha 3,2 mln. b/s-ə 2022-ci ildə 99,3 mln. b/s-ə qədər artması proqnozlaşdırılır.