“SOCAR Trading” Beynəlxalq Konfransının baş tərəfdaşı elan edilib

13.08.2021,10:28


13 avqust, Fineko/abc.az. “SOCAR Trading” “Türkmənistan Neft və Qaz” XXVI Beynəlxalq Konfransının baş tərəfdaşı elan edilib.

ABC.AZ xəbər verir ki, Aşqabadda oktyabrın 27-29-da Türkmənistanın Müstəqilliyinin 30 illiyi münasibətilə “Türkmənistanın Neft və Qazı-2021” XXVI Beynəlxalq Konfransı keçiriləcək.

Forum Türkmənistanın yanacaq-enerji kompleksi ilə beynəlxalq neft-qaz şirkətləri arasında beynəlxalq əməkdaşlığı inkişaf etdirmək və gücləndirmək məqsədilə hər il ölkədə keçirilir.

Konfrans iştirakçıları TAPI qaz kəmərinin tikintisi, eləcə də dünya yanacaq-enerji sektorunun vəziyyəti və perspektivləri, Xəzər dənizinin Türkmənistan sektoruna investisiyaların cəlb edilməsi də daxil olmaqla bir sıra regional layihələrin həyata keçirilməsini müzakirə edəcəklər.