Büdcənin sosial müdafiə və sosial təminat xərcləri 16 mln manat azallb

10:41 - 13.08.2021


13 avqust, Fineko/abc.az. Cari ilin I yarısında dövlət büdcəsinin sosial müdafiə və sosial təminat xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,9 % və ya 16 milyon manat azalaraq 1 milyard 664,5 milyon manat icra edilib.

ABC.AZ Maliyyə Nazirliyinə istinadla xəbər verir ki, sosial müdafiə və sosial təminat xərcləri 1 milyard 716,1 milyon manat proqnoza qarşı 97 % və ya 51,6 milyon manat çox icra edilərək illik proqnozun 45,1 %-ni təşkil edib.

Cari ilin yanvar-iyun aylarında sosial müdafiə və sosial təminat xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə fevral, mart və aprel ayında çox, yanvar, may və iyun aylarında az icra edilib.

 

Bütün xəbərlər