“Az-Evro Tel” MMC-yə yeni direktor təyin olunub

15:19 - 13.08.2021


13 avqust, Fineko/abc.az.  Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə məxsus “Bakı Telefon Rabitəsi” MMC-nin törəmə müəssisəsi “Az-Evro Tel” MMC-yə yeni direktor Ramil Baxşiyev təyin edilib.

ABC.AZ xəbər verir ki, Hidayət Ağayev isə vəzifəsindən azad edilib.

Qeyd edək ki, “Az-Evro Tel” 1995-c ildə yaradılıb. Onun nizamnamə kapitalı 100 min ABŞ dollarıdır. Şirkət rabitə operatorudur, korporativ və fərdi istifadəçilərə geniş telekommunikasiya xidmətləri təqdim edir.

 

Bütün xəbərlər