Qaradağ rayonunda sudan qanunsuz istifadə halları aşkarlanıb

16:07 - 13.08.2021


13 avqust, Fineko/abc.az. Qaradağ rayonunda fərdi yaşayış evləri və obyektlərin su təchizatı sistemlərinə baxış keçirilib.

ABC.AZ “Azərsu” ASC-yəistinadla xəbər verir ki, Qaradağ rayonu Korğöz qəsəbəsi, Yeni massiv adlanan ərazidə avtomobil  təmiri məntəqəsi kimi istifadə edilən obyektdə sudan uçotsuz və sayğacdankənar istifadə faktı aşkarlanıb.

Bubdan başqa Ümid qəsəbəsindəki kafelərdən birində də oxşar hala rast gəlinib.

Qaradağ rayonunda həyata keçirilən nəzarət tədbirləri nəticəsində bəzi fərdi yaşayış evlərində də içməli sudan qeyri-qanuni istifadə edildiyi aşkarlanıb. Lökbətan qəsəbəsi, Üzeyir Hacıbəyov küçəsində yeni ev tikən sakin  yaxınlıqdan keçən 150 mm magistral su xəttinə qeyri-qanuni qoşulma edib. Qəsəbənin  20 yanvar küçəsində isə yeni su xətti çəkilməsinə baxmayaraq vətəndaş köhnə xəttə qanunsuz  qoşularaq uçotdan yayınırmış.

Aşkarlanmış hər bir fakt üzrə zəruri tədbir görülüb, qeyri-qanuni çəkilmiş xətlər və qoşulmalar ləğv edilib, qanunsuz istifadəyə görə dəymiş ziyan hesablanıb.

 

Bütün xəbərlər