İlham Əliyev Rəcəb Tayyib Ərdoğana baş sağlığı verib

16:30 - 13.08.2021


13 avgust, Fineko/abc.az. Prezident İlham Əliyev Türkiyənin Kastamonu, Sinop və Bartın şəhərlərində  baş vermiş sel fəlakəti ilə bağlı Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana və Türkiyə xalqına baş sağlığı məktubu göndərib.

ABC.AZ xəbər verir ki, məktubda Prezident baş vermiş sel fəlakəti nəticəsində həlak olanların ailələrinə və yaxınlarına, öz adından və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verib, yaralananlara və xəsarət alanlara şəfa dilləyib.

 

Bütün xəbərlər