Azərbaycanda son sutkada koronavirus infeksiyasına 1769 nəfər yoluxub

16:42 - 13.08.2021


13 avgust, Fineko/abc.az. Azərbaycanda son sutkada koronavirus (COVID-19) infeksiyasına 1 769 yeni yoluxma faktı qeydə alınıb, 648 nəfər müalicə olunaraq sağalıb.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, analiz nümunələri müsbət çıxan 16 nəfər vəfat edib.

İndiyədək ölkədə ümumilikdə 361 501 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 337 669 nəfər müalicə olunaraq sağalıb, 5 125 nəfər vəfat edib, aktiv xəstə sayı 18 707 nəfərdir.

 

Bütün xəbərlər