Azərbaycanda bir gündə 63 547 nəfərə vaksin vurulub

16:49 - 13.08.2021


13 avgust, Fineko/abc.az. Azərbaycanda bu gün 63 547 nəfər vaksinasiya olunub.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 44 587, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 18 960 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 671 138, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 332 017, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 339 121 nəfər təşkil edir.

 

Bütün xəbərlər