Dövlət büdcəsinin faizlər üzrə ödəniş xərcləri azalıb

17:18 - 13.08.2021


13 avgust, Fineko/abc.az. Cari ilin 6 ayında dövlət büdcəsinin faizlər üzrə ödəniş xərcləri 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 20% və ya 61,6 milyon manat azalaraq 246,2 milyon manat icra olunub.

ABC.AZ xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin hesabatında deyilir.

Bildirilir ki, faizlər üzrə ödənişlər proqnoza nisbətən 14,8 % və ya 42,9 milyon manat az icra edilərək illik proqnozun 39,3 %-ni təşkil edib. Cari ilin yanvar-iyun aylarında faizlər üzrə ödəniş xərcləri ötən ilin müvafiq dövrü ilə müqayisədə may ayında çox, digər aylarda az icra olunub.

 

Bütün xəbərlər