"Goldman Sachs" Brent nefti üçün qiymət proqnozunu açıqladı

17:21 - 13.08.2021


13 avgust, Fineko/abc.az. Qlobal investisiya bankı "Goldman Sachs", Brent neft üçün il sonu qiymət proqnozunu 80 dollarda saxlayıb.

Xəbər verilir ki, bank tərəfindən hazırlanmış hesabatda, ABŞ rəhbərliyinin çağırışına baxmayaraq OPEC+ın neft istehsalında artım gözlənilmədiyi qeyd edilib.

Hesabatda, koronavirusun delta variantı səbəbiylə neft bazarında təklif kəsirinin 2,3 milyon bareldən 1 milyon barelə endiyi qeyd edilib (tələb kəklifi 1 milyon barel üstələyir).

Bank neftə tələbi peyvəndləmənin müəyyən edəcəyi vurğulanıb.

©Marja

Bütün xəbərlər