Azərbaycan Vergilər Nazirliyi və Təhsil Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalandı

12:19 - 3.04.2018


3 aprel, Fineko/abc.az.  Azərbaycan Vergilər Nazirliyi və Təhsil Nazirliyi əməkdaşlıq haqqında memorandum imzaladılar.

Memorandumu vergilər nazirinin müavini Sahib Ələkbərov və təhsil nazirinin müavini Firudin Qurbanov imzaladılar.

Memorandum Azərbaycanın Vergilər Nazirliyində istehsalat təcrübəsinin keçirilməsində ali təhsil ocaqlarının tələbələri üçün şəraitin yaradılmasını nəzərdə tutur.

 

Bütün xəbərlər