MN: Naxçıvan istiqamətində mövqelərimiz atəşə tutulur

10:39 - 16.08.2021


16 avqust, Fineko/abc.az. Avqustun 16-sı saat 09:30-dan etibarən Ermənistan silahlı qüvvələrinin bölmələri Vedi rayonunun Arazdəyən yaşayış məntəqəsində yerləşən mövqelərindən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonunun Heydərabad yaşayış məntəqəsi istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqelərini avtomat və pulemyotlardan istifadə edərək atəşə tutmağa başlayıb.

ABC.AZ Müdafiə Nazirliyinin məlumatına istinadla xəbər verir ki,

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.

Əməliyyat şəraiti bölmələrimizin nəzarəti altındadır.

 

Bütün xəbərlər