MDB-də ən əlverişli ipoteka krediti şərtləri Azərbaycandadır

11:10 - 16.08.2021


16 avqust, Fineko/abc.az. MDB-də ən əlverişli ipoteka krediti şərtləri Azərbaycandadır.

Bu barədə ABC.AZ-a İpoteka və Kredit Zəmanət Fondundan bildirilib.

Qeyd edilir ki, ötən müddət ərzində ipoteka kreditləşməsi hesabına alınan yaşayış sahələrinin orta qiyməti 81,1 min manat, orta kredit məbləği 55,9 min manat, orta illik faiz dərəcəsi isə 6,3 faiz təşkil edib. MDB ölkələri ilə müqayisədə Azərbaycanda vətəndaşlar üçün ən əlverişli ipoteka krediti şərtləri tətbiq olunur. Müqayisə üçün Rusiyada ipoteka kreditləri üzrə minimal faiz dərəcəsi 6,1 faiz, orta faiz 7,4 faiz təşkil edir, Qazaxıstanda isə faiz dərəcələri 13 faizdən başlayır.

 

Bütün xəbərlər