Bu il Ceyhan limanından 121 milyon bareldən çox BTC nefti nəql edilib

16.08.2021,11:30


16 avqust, Fineko/abc.az. Bu ilin əvvəlindən Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəmərinin Türkiyə ərazisində istismarını həyata keçirən "BOTAS International Limited" (BIL) şirkəti Ceyhan terminalından 121,271 milyon barel xam neft nəql edib.

ABC.AZ report-a istinadən xəbər verir ki, bu həcmdə xam neft 167 tankerə yüklənərək dünya bazarlarına yola salınıb.

Ümumilikdə indiyə qədər limandan 3 milyard 692,2 milyon barelə yaxın xam neft 4 826 tankerə yüklənib.

BIL 2001-ci ildə BTC-ni Türkiyə ərazisində istismar etməklə səlahiyyətləndirilib. Ceyhan terminalında BTC-dən xam neftin ilk tankerə yüklənməsi 2006-cı il iyunun 2-də baş tutub.