Azərbaycanlılar Gürcüstana səfər edən əsas turistlərdir

12:25 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Gürcüstanı ziyarət edən turistlərin sayına görə Azərbaycan liderdir.

Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatına görə, bu ilin fevral ayında ölkəyə 440 min nəfər ziyarət edilmişdi ki, bu da ötən ilin eyni dövrünün göstəricisindən 72,8 min nəfər və ya 20% çoxdur.

Bu dövr ərzində Azərbaycandan Gürcüstana 104 min nəfər səfər etmişdir. Bu, ötən ilin fevral ayına nisbətən 2,4 min, yaxud 2% azdır. Buna baxmayaraq, Azərbaycan bu reytinqdə lider mövqeyini qoruyub saxlamağa davam edir”, - məlumatda belə deyilir.

Ümumilikdə, bu ilin yanvar-fevral aylarında 885 mindən çox beynəlxalq səyyah Gürcüstana səfər edib ki, bu da 2017-ci ilin eyni dövründəki göstəricidən 17,2% çoxdur. Ötən il Gürcüstana 7,554,936 turist gəlib ki, bu da 2016-cı ilin göstəricisindən 18,8% çoxdur.

 

 

Bütün xəbərlər