330x110
 

MN: Kabulda Azərbaycan sülhməramlılarının həyatı üçün təhlükə yoxdur

16.08.2021,14:18


16 avgust, Fineko/abc.az. "Kabul beynəlxalq hava limanının Azərbaycan sülhməramlılarının mühafizə və müdafiə etdikləri sektorunda hazırda gərginlik mövcud deyil".

ABC.AZ xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı açıqlamada bildirilib.

Vurğulanıb ki, şəxsi heyətin həyatı üçün heç bir təhlükə yoxdur:

"Bölgədə mövcud gərgin vəziyyətdən asılı olmayaraq Azərbaycan Ordusunun 120 nəfərdən ibarət sülhməramlı bölməsi Türkiyə qüvvələri ilə birlikdə hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə xidməti vəzifələrinin icrasını davam etdirir".