AZAL Bakıdan Kalininqrada birbaşa reys aça bilər

14:35 - 16.08.2021


16 avgust, Fineko/abc.az. “Azərbaycan Hava Yolları” (AZAL) aviaşirkəti Bakı-Kalininqrad-Bakı marşrutu ilə beynəlxalq daşımaların həyata keçirilməsi üçün təyin edilib.

ABC.AZ “İnterfaks-Azərbaycan”-a istinadla  xəbər verir ki, ““Azərbaycan ilə Rusiya arasında hava əlaqəsi və hava nəqliyyatı sahəsində əməkdaşlıq haqqında” Hökumətlərarası Sazişin 4-cü maddəsinə uyğun olaraq AZAL Bakı-Kalininqrad-Bakı marşrutu üzrə beynəlxalq daşımaların həyata keçirilməsi üçün təyin edilib”, - deyə Azərbaycanın RF-dəki səfirliyinin Rusiya XİN-ə ünvanladığı məktubunda bildirilir.

Məlumata görə, səfirlik, həmçinin RF XİN-dən müvafiq informasiyanı Rusiyanın əlaqədar qurumlarına çatdırmağı xahiş edir.

Hazırda AZAL Rusiyanın 8 şəhərinə: Moskva (bütün hava limanları), Həştərxan, Yekaterinburq, Kazan, Mineralnıye Vodı, Novosibirsk, Sankt-Peterburq və Ufaya birbaşa uçuşlar həyata keçirir.

 

Bütün xəbərlər