Azərbaycan xam neft ixracını azaldıb

14:46 - 16.08.2021


16 avgust, Fineko/abc.az. Cari ilin 7 ayında Azərbaycan gömrük bəyannamələrinə əsasən, 17 milyon 106 min 825,51 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və xam neft məhsulları ixrac edib.

Bu miqdarda məhsulun dəyəri 7 milyard 585 milyon 824,11 min ABŞ dolları təşkil edib.

ABC.AZ Dövlət Gömrük Komitəsinin məlumatına istinadla xəbər verir ki,2021-ci ilin 7 ayında ixrac olunmuş məhsulun miqdarı ötən ilin müvafiq dövründən 12,5 % az, dəyəri isə 18,6 % çoxdur. Bu məhsulların Azərbaycanın ümumi ixracında payı 66,58 % olub.

 

Bütün xəbərlər