Azərbaycanda bir gündə 251 nəfərə vaksin vurulub

16:53 - 16.08.2021


16 avgust, Fineko/abc.az. Azərbaycanda bu gün 251 nəfər vaksinasiya olunub.

ABC.AZ Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına istinadən xəbər verir ki, gün ərzində birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 206, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 45 nəfər təşkil edib.

Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı 5 794 483, birinci mərhələ üzrə peyvənd olunanların ümumi sayı 3 420 144, ikinci mərhələ üzrə vaksinasiya edilənlərin sayı 2 374 339 nəfər təşkil edir.

 

Bütün xəbərlər