İpoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək

09:59 - 17.08.2021


17 avqust, Fineko/abc.az. Avqustun 19-da Bakı Fond Birjasında (BFB) “İpoteka və Kredit Zəmanəti Fondu” ASC-nin (İKZF) ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək.

BFB-dən ABC.AZ-a bildirilib ki, emissiyanın həcmi 55 milyon manat, nominal qiyməti 1000 manat, hərracı qiyməti 1000 manat, faiz dərəcəsi 3 faiz, tədavül müddəti 26 ildir. “İnvest-AZ İ.Ş” QSC anderrayter vəzifəsində çıxış edir.

Qeyd edilir ki, təqdim edilmiş sifarişlər təklifdən çox olduğu halda sifarişlər mütənasib qaydada təmin ediləcək.

 

Bütün xəbərlər