Azərbaycanda pul kütləsi 927,8 milyon manat artıb

12:49 - 3.04.2018


3 aprel, Fineko/abc.az. Azərbaycan Mərkəzi Bankı (AMB) 1 aprel tarixi vəziyyətinə olan pul kütləsinin həcmini açıqlayıb.

Mərkəzi Bankdan bildirildiyi kimi, martın 1-nə 9180,6 milyon manat, fevralın 1-nə 8761,8 milyon manat, yanvarın 1-nə isə 8543,2 milyon manat qarşılığında 1 aprel tarixində pul kütləsi 9471,0 milyon manat təşkil edib.

Beləliklə, 1 mart tarixinə pul kütləsi 3,16% və ya 290,4 milyon manat, ilin əvvəlinə isə 10,86% və ya 927,8 milyon manata qədər artıb.

 

Bütün xəbərlər