Google dünən yeni smartfonunu təqdim edib

12:22 - 18.08.2021


18 avqust, Fineko/abc.az. ABŞ-ın texnologiya nəhəngi Google dünən yeni smartfonunu təqdim edib.

ABC.AZ marja-ya istinadla  xəbər verir ki, Pixel 5a adlanan və 449 dollara təklif olunan model avqustun 26-dan satışa buraxılacaq.

Smartfonun əsas özəlliyi daha geniş batareyası, nisbətən böyük ekranı, suya davamlılığı və əvvəlki Qualcomm çiplərindən fərqli olaraq, Google Tensor çipindən istifadə olunmasıdır.

Smartfonun digər özəllikləri Android əməliyyat sisteminin ən son versiyası, 5G, səsi mətnə çevirən tətbiqetmə və spam zənglərin və qısa mesajların smart filtrlənməsidir.

Google 3 il müddətinə bütün proqram yenilənmələrinə pulsuz zəmanət verir. Pixel 5a-nın yaddaş tutumu 128 Gb-dır.

Yeni xüsusiyyətləri və qiymət özəlliyi ilə bu modelin Apple-ın iProhen SE və Samsung-un Galaxy A42 5G modelləri ilə rəqabət aparacağı gözənilir. Çip probleminə görə Google yeni modeli yalnız ABŞ və Yaponiyada və yalnız Google Store vasitəsilə satacaq.

Payızda isə təkmilləşmiş daha 2 modelin - Pixel 6 və Pixel 6 Pro-nun istifadəyə veriləcəyi açıqlanıb.

 

Bütün xəbərlər