Bakıda avtomobil yollarının yenidən qurulmasına pul ayrıldı-Sərəncam

14:25 - 18.08.2021


18 avgust, Fineko/abc.az. Prezident İlham Əliyev "Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncam imzalayıb.

ABC.AZ xəbər verir ki, Sərəncama əsasən, Bakı şəhərinin Nizami rayonu ərazisində avtomobil yollarının yenidən qurulması işlərinin davam etdirilməsi məqsədilə 1,6 milyon manat Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.

 

Bütün xəbərlər