Bank VTB (Azərbaycan)-ınVisa kart sahibləri FİFA 2018 Dünya çempionatına getmək şansı qazana bilər

15:16 - 3.04.2018


VTB (Azərbaycan)-ınVisa plastik kart sahibləriSankt-Peterburq şəhərində FİFA 2018 Futbol üzrə Dünya çempionatının oyununa iki nəfərlik səyahət qazana bilər. Bunun üçün “Visa ilə futbol üzrə 2018-ci ilin dünya çempionatının ən yaxşı anlarından zövq alın”stimullaşdırıcı aksiyanın iştirakçısı olmaq kifayətdir.

VTB (Azərbaycan)-ınVisa kart sahibləri 29 martdan 29 aprel 2018-ci il tarixinədək 10 manatdan başlayaraq nağdsız ödəniş edərək aksiyanın iştirakçısı ola bilər. Nağdsız əməliyyatları həm Azərbaycan ərazisində, həm xaricdə, ticarət nöqtələrində və onlayn rejimdə həyata keçirmək olar. Nağdsız əməliyyatı www.visa.com.azqeydiyyatdan keçirmək vacibdir. Qeydiyyatdan keçirilmiş və tələblərə uyğun olan hər bir nağdsız əməliyyat uduşda iştirak edir. Uduş keçirildikdən sonra təşkilatçılar SMS-xəbərdarlıq və ya telefon vasitəsi ilə qalibə bu barədə xəbər verir.

Stimullaşdırıcı lotereya barədə daha ətraflı məlumatı aşağıdakı link vasitəsi ilə almaq olar:https://www.visa.com.az/dam/VCOM/regional/cemea/azerbaijan/pay-with-visa/promotions/fifa/rules-az.pdf

Bütün xəbərlər