Cari ildə İrana 152,3 mln. kVt•st elektrik enerjisi ixrac olunub

16:54 - 18.08.2021


18 avgust, Fineko/abc.az. 2021-ci ilin yanvar-iyul ayları üzrə elektrik enerjisinin ixracı 822,4 mln. kVt•st olmaqla, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 94,2 mln. kVt•st artıb. İrana 152,3 mln. kVt•st, Türkiyəyə 109,1 mln. kVt•st, Rusiyaya 56,1 mln. kVt•st, Gürcüstana isə 504,9 mln. kVt•st elektrik enerjisi ixrac edilib.

ABC.AZ Energetika Nazirliyinin yaydığı məlumata istinadla xəbər verir ki, bu dövrdə elektrik enerjisinin idxalı 100,1 mln. kVt•st olmaqla, ötən ilin müvafiq dövrünə nisbətən 15,9 mln. kVt•st artıb. İrandan 19,6 mln. kVt•st, Rusiyadan 55,8 mln. kVt•st, Gürcüstandan isə 24,7 mln. kVt•st elektrik enerjisi idxal edilib.

 

Bütün xəbərlər