Yeddi ayda tikinti materiallarının istehsalı artıb

10:26 - 19.08.2021


19 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında Azərbaycanın tikinti materiallarının istehsalı sahəsində istehsalın ümumi dəyəri 446,3 milyon manat olub.

Bu isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 46,7% çoxdur.

ABC.AZ xəbər verir, ki, bu barədə  Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, emal edilmiş mərmər, travertin, alebastr və onlardan məmulatların istehsalı 72,2%, sementdən, süni daşdan və ya betondan tikinti blokları və kərpiclərinin istehsalı 72,1%, hörmə üçün hazır beton qarışığının istehsalı 40,6%, tikinti gipsinin istehsalı 38,3%, tikinti əhənginin istehsalı 19,9%, tikinti kərpicinin istehsalı 13,7%, sementin istehsalı 4,3% artmış, asfaltın istehsalı isə 33,2% azalıb.

 

Bütün xəbərlər