Qəbələdə yerləşən “Bumçay” yatağı hərraca çıxarılır

11:54 - 19.08.2021


19 avqust, Fineko/abc.az. Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili üzrə Auksion Mərkəzi və Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi tərəfindən sentyabrın 20-də Qəbələ rayonunda yerləşən “Bumçay” qum-çınqıl yatağının 4 LOT üzrə 15 hektarlıq sahəsi hərraca çıxarılacaq.

Xidmətdən ABC.AZ-a bildirilib ki, hərracda iştirakla bağlı iddiaçılar sənədləri sentyabrın 13-də saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyat küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq, həmçinin hərracda iştirak etmək üçün iddiaçılar elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda Azərbaycan Respublikasının və xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

 

Bütün xəbərlər