Qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı artıb

14:07 - 19.08.2021


19 avgust, Fineko/abc.az. Bu il avqustun 1-nə qeyri-dövlət sektorunda bağlanmış əmək müqavilələrinin sayı 748 309 təşkil edib ki, bu da əmək münasibətlərinin şəffaflaşdırılması istiqamətində islahatların başlandığı 2019-cu ilin əvvəli ilə müqayisədə 208,4 min nəfər çoxdur.

Təkcə 2021-ci ilin iyul ayı ərzində qeyri-dövlət bölməsində əmək müqavilələrinin sayında 9 800-dən çox artım qeydə alınıb.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Nəticə etibarilə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxilolmalarda əhəmiyyətli artım müşahidə olunur ki, bu da əmək bazarında şəffaflaşma proseslərinin göstəricisidir və gəlir vergisi üzrə güzəştin tətbiqinin fiskal səmərəsinə dəlalət edir.

 

Bütün xəbərlər