Sosial sığorta üzrə daxilolmalar 8%, işsizlikdən sığorta üzrə daxilolmalar isə 10% artıb

14:12 - 19.08.2021


19 avgust, Fineko/abc.az. Bu ilin yanvar-iyul aylarında muzdu işçi sayının və əməkhaqqı fondunun “ağarması” prosesi şəraitində məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmaları 2 milyard 218,2 milyon manat təşkil etməklə ötən ilin müvafiq dövrü ilə müqayisədə 8,4 % artıb, daxilolmalar üzrə proqnoz 110,8 % və ya 215,7 milyon manat artıq icra edilib.

ABC.AZ xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti məlumat yayıb.

Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % artaraq 1 milyard 386 milyon manat təşkil edib, proqnoz 113,8 % icra olunub.

İşsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % artaraq 76,4 milyon manat olub, proqnoz 110,5 % icra edilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16 % artaraq 55,3 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,9 % icra olunub.

 

Bütün xəbərlər