Rusiya Google-u cərimələyib

15:37 - 19.08.2021


19 avgust, Fineko/abc.az. Bugün Moskva məhkəməsi Google-u qadağan olunmuş informasiyanın sililnməməsinə görə cərimələyib.

Rusiya KİV-lərinə istinadla xəbər verilir ki, Moskva şəhərinin Taqansk rayon məhkəməsi 3 inzibati protokol əsasında Rusiya Federasiyası İnzibati Xətalar Məcəlləsinin tələblərini pozduğuna (Maddə 13.41:Rusiya qanunvericiliyi ilə silinməsi nəzərdə tutulmuş informasiyanın sayt və ya səhifə rəhbəri tərəfindən silinməməsi) görə Google-un 6 milyon rubl cərimə ödəməsi barədə qərar çıxarıb.

Beləliklə, Google-un son dövrdə Rusiyadakı cərimələrinin həcmi 32,5 milyon rubla çatıb. Şirkət daha öncə də qadağan edilmiş informasiyanın silinməməsinə və Rusiya vətəndaşlarının məlumat bazasını lokallaşdırmaqdan imtina etdiyinə görə tərtib olunmuş 3 inzibati protokol nəticəsində 26,5 milyon rubl həcmində cərimələnmişdi.

Daha öncə - 2020-ci ilin fevralında isə Facebook və Twitter Rusiyalı istifadəçilərin məlumatları olan bazanı Rusiya ərazisində yerləşdirməkdən imtina etdiklərinə görə hərəsi 4 milyon rubl cərimələnmişdi.

© Marja

Bütün xəbərlər