Yarım ildə ölkəyə 30% çox mobil qurğu idxal olunub

16:32 - 19.08.2021


19 avgust, Fineko/abc.az. Cari ilin iyun ayında Azərbaycana 121 813 ədəd mobil və ya başqa simsiz rabitə şəbəkəsi üçün telefon aparatları idxal olunub.

Bu barədə Dövlət Statistika Komitəsi xəbər verir.

Komitədən verilən məlumata görə, may ayı ilə müqayisədə iyunda idxal 15,7% artıb.

İyunda idxal olunan məhsulların dəyəri 16 644,5 min ABŞ dolları təşkil edib ki, bu da may ayının göstəricisindən 6,1% azdır.

Həmçinin bildirilib ki, ümumilikdə cari ilin yanvar-iyun aylarında ölkəyə 815 202 ədəd mobil qurğu idxal olunub. Bu ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 30,7% çoxdur.

Qeyd olunan müddətdə idxal olunan məhsulların dəyəri 125 178,9 min dollar təşkil edib ki, buda 2020-ci ilin ilk altı ayının göstəricisini 46% üstələyir.

 

Bütün xəbərlər