Muzdla çalışan işçilərdə orta aylıq nominal əməkhaqqı artıb

12:53 - 20.08.2021


20 avqust, Fineko/abc.az. Yanvar-iyun aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2020-ci ilin müvafiq dövrünə nisbətən 0,6 faiz artaraq 724,4 manat təşkil edib.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.

Bildirilir ki, əməkhaqqı neft-qaz sektorunda 3230,7 manat, qeyri-neft-qaz sektorunda 673,1 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 639,5 manat, özəl müəssisələrdə isə 827 manat olub.

Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 

Bütün xəbərlər