Azərbaycanda 18 bankın əməliyyat xərcləri artıb

14:05 - 20.08.2021


20 avgust, Fineko/abc.az. Azərbaycanda fəaliyyət göstərən 26 bankdan 8-nin bu ilin I yarısındakı əməliyyat xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə az olub.

ABC.AZ renkinq.az-a istinadla xəbər verir ki, bunlar “Azərbaycan Sənaye Bankı”, “Premium Bank”, “Azər-Türk Bank”, “Yelo Bank”, “Express Bank” və “AFB Bank” ASC-lər, eləcə də İran və Pakistan Milli Banklarının Bakı filiallarıdır.

Ən çox azalma “AFB Bank”da (17,8%), ən az azalma isə İran bankında (0,2%) qeydə alınıb.

Qalan 18 bankın isə əməliyyat xərcləri artıb. Ən yüksək dinamika “Bank VTB Azərbaycan” ASC-də (40,7%), ən aşağı dinamika isə “Access Bank” QSC-də (1,4%) qeydə alınıb.

 

Bütün xəbərlər