Azərbaycan spot qazı 3 illik müqavilələrlə Türkiyə şirkətlərinə satılacaq

15:05 - 20.08.2021


20 avgust, Fineko/abc.az. Enerji Bazarını Tənzimləmə Qurumunun (EPDK) təbii qazın spot ticarəti ilə bağlı yeni qərarına əsasən, qazın idxalı üçün artıq 1 illik deyil, ardıcıl 3 illik həcm müraciəti edilə biləcək.

Bu barədə türk mətbuatı xəbər verir.

Belə ki, əvvəlki illərdə hər qaz ilindən əvvəl, idxal giriş nöqtələrində yalnız müvafiq qaz ili üçün və sadəcə 1 illik müraciət edilə bilirdi. Yeni qərarla təbii qazın spot tədarükü üçün ardıcıl 3 ilik müraciət etmək olacaq.

EPDK-nın yeni qərarı ilə ilkin mərhələdə Azərbaycandan Türkiyəyə təbii qaz idxal edilən giriş nöqtələrindən - Türkgözü, TANAP Seyitgazi və TANAP Trakyadan, 2022, 2023 və 2024 qaz illəri üçün illik spot qaz idxalı elanları veriləcək.

© Report

Bütün xəbərlər