BMT-nin Ümumdünya Ərzaq proqramı Əfqanıstana humanitar yardım göstərilməsini dayandırıb

15:43 - 20.08.2021


20 avqust, Fineko/abc.az. BMT-nin Ümumdünya Ərzaq Proqramı (ÜƏP) “təhlükəsizliklə bağlı qeyri-müəyyənlik” səbəbindən Əfqanıstana humanitar yardım göstərilməsini dayandırıb.

TASS agentliyi xəbər verir ki, bu barədə Rusiyanın BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatındakı və Romada yerləşən digər beynəlxalq təşkilatlardakı daimi nümayəndəliyindən məlumat veriblər.

“Əfqanıstandakı vəziyyətlə əlaqədar olaraq, ÜƏP humanitar yardım dəhlizləri vasitəsilə planlaşdırılan tədarükü müvəqqəti dayadırır. Lakin təşkilat vəziyyətdən asılı olaraq ölkədə işini davam etdirmək niyyətindədir”, - daimi nümayəndəliyin məlumatında deyilir.

© Report

Bütün xəbərlər