Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar artıb

17:27 - 20.08.2021


20 avgust, Fineko/abc.az. 2021-ci ilin 7 ayında işsizlikdən sığorta haqları üzrə daxilolmalar ötən ilin eyni dövrü ilə müqayisədə 9,6 % artaraq 76,4 milyon manat olub, proqnoz 110,5 % icra edilib.

ABC.AZ xəbər verir ki, bu barədə Dövlət Vergi Xidmətinin Media və Kommunikasiya İdarəsi məlumat verib.

Qeyd olunur ki, qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 16 % artaraq 55,3 milyon manat təşkil edib, daxilolmalar üzrə proqnoz 111,9 % icra olunub.

 

Bütün xəbərlər